Rusiya ötən il Çinə 107 milyon ton neft ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 24 % çoxdur. Bu, Rusiya Federasiyasına Çinə ən böyük neft tədarükçüsü olmağa imkan verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinin dərc etdiyi məlumatda deyilib.
2023-cü ildə tədarükün dəyəri 60,6 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,5 % çoxdur.
İlin sonunda Rusiya Çinə ən böyük neft tədarükçüləri arasında birinci yerini qoruyub. İkinci yeri Səudiyyə Ərəbistanı (86 milyon ton), üçüncü yeri İraq (59 milyon ton) tutur.
Bizim Telegram kanalımıza abunə olun