IMG-LOGO

103 yaşlı qadın dəfn zamanı dirildi - Həm də ad günündə

15 Jan 2026 11:52 4 baxış
IMG
2 0

Hindistanda ölən 103 yaşlı qadın dəfn mərasimi zamanı dirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Maxaraştra ştatında baş verib. Qohumlar cəsədi aparmaq üçün maşını gözləyərkən qadın qəfil hərəkət etməyə başlayıb və oturub.

Qeyd edilir ki, ən təəccüblüsü də hadisənin onun doğum günündə baş verməsdiri.

Qadının dirilməsi xəbəri yaxınlarını çox sevindirib və onlar bunu möcüzə kimi qəbul ediblər. Onlar bunun şərəfinə bayram süfrəsi açıblar.

Hadisələr

Xəbər lenti