ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlaması ehtimalı yüksək qiymətləndirilir və bu, yaxın 24 saat ərzində baş verə bilər. Lent.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti olan israilli rəsminin sözlərinə görə, ABŞ Prezidenti Donald Trump artıq əməliyyatın keçirilməsi ilə bağlı prinsipial qərar verib. Bununla belə, mümkün hərbi müdaxilənin dəqiq vaxtı və miqyası hələlik aydın deyil.
Mənbələr qeyd edir ki, Qərb paytaxtlarında aparılan müzakirələr Vaşinqtonun İrana qarşı güc variantına ciddi şəkildə hazırlaşdığını və bölgədə gərginliyin kəskin artdığını göstərir.
İRAN ABŞ