IMG-LOGO

Bu şəhərə 25 ildən sonra ilk dəfə qar yağdı

14 Jan 2026 14:29 3 baxış
IMG
0 0

Mərakeşin şimal-şərqindəki Ucda şəhərinə uzun illərdən sonra ilk dəfə qar yağıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şəhər mərkəzində qarın qalınlığı iki santimetrə çatıb. Ətrafdakı kəndlərdə daha qeyri-adi bir vəziyyət yaranıb və onlar 10 santimetrə qədər qar altında qalıb.

Ucdada qış temperaturu adətən dörd ilə on dərəcə Selsi arasında dəyişir. Qar yağışı çox nadir hallarda olur. Müxtəlif mənbələrə görə, ərazidə sonuncu dəfə qar yığınları 14 və ya 25 il əvvəl müşahidə olunub.

Qar şəhər ilk qar

Xəbər lenti