IMG-LOGO

Rusiyanın Odessaya hücumu nəticəsində 5 nəfər xəsarət alıb

13 Jan 2026 11:00 4 baxış
IMG

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində 5 nəfər xəsarət alıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Endirilən zərbələr yanğınlara səbəb olub, çoxmənzilli yaşayış binalarının fasadları, uşaq bağçası, avtomobillər və qarajlara ziyan dəyib.

Hücumların nəticələrinin aradan qaldırılması üçün onlarla xilasedici və 14 texniki vasitə cəlb edilib.

Xəbər lenti