IMG-LOGO

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun daha bir matçı keçiriləcək

13 Jan 2026 09:25 4 baxış
IMG

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti qarşılaşması keçiriləcək.

"Report" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.

Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Ordu"ya 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzub.

Xəbər lenti