ABŞ Prezidenti Donald Trampın İranla əməkdaşlıq edən ölkələrin mallarına 25 % gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı bəyanatından sonra neftin qiyməti bu gün bahalaşıb.
"Report" xəbər verir ki, bu, ticarət məlumatlarında öz əksini tapıb.
"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0,34 % artaraq bir barel üçün 64,09 ABŞ dollarına, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,39 % artaraq 59,55 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Tramp "Truth Social"dakı paylaşımında gömrük rüsumlarının tətbiq olunduğunu bildirib: "İranla əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ ticarət əməliyyatları üçün 25 % rüsum ödəyəcək. Qərar dərhal qüvvəyə minir".