Buenos Ayres əyalətinin Santa-Klara-del-Mar kurort şəhərində iri dalğalar nəticəsində azı bir nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə TN telekanalı xəbər yayıb.
Məlumata görə, 29 yaşlı kişi qayalara çırpıldıqdan və suyun altında qaldıqdan sonra ölüb. Telekanal həmçinin bir nəfərin infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini, digərlərinin isə yüngül xəsarətlər aldığını bildirib.