IMG-LOGO

Leonardo Di Kaprio saxlanıldı

13 Jan 2026 07:41 4 baxış
IMG
0 0

Hollivud aktyoru Leonardo Di Kaprio "Qızıl Qlobus" mükafat mərasimi zamanı təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Tədbir yanvarın 12-də Los-Ancelesdə keçirilib.

Oxu.Az xəbər verir ki, məlumatı "Vanity Fair" yayıb.

Jurnalistlərin sözlərinə görə, zaldan çıxmış Leonardo Di Kaprio məkana qayıtmaq istəyəndə girişdə saxlanılıb. Ona yalnız reklam fasiləsi zamanı yerinə qayıda biləcəyi bildirilib.

Reper "Snoop Dogg" səhnədə çıxış edərkən aktyor öz həmkarları Çeyz Syu Uanderz və Selena Gomeslə birlikdə qapının qarşısında gözləməli olub.

Leonardo Di Kaprio

Xəbər lenti