IMG-LOGO

Ağ Ev: Venesuela hakimiyyəti ABŞ ilə fəal əməkdaşlıq edir

13 Jan 2026 03:21 4 baxış
IMG

Venesuela hakimiyyəti prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesin rəhbərliyi ilə ABŞ administrasiyası ilə fəal əməkdaşlıq edir.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərlə söhbətində bildirib.

"Keçid hakimiyyəti Delsi Rodriqez və komandası ABŞ, Prezident (Donald Tramp-red), onun komandası ilə çox yaxşı əməkdaşlıq edir. Bunu Prezidentin (Trampın) keçid hakimiyyəti ilə əldə edə bildiyi nəhəng enerji müqaviləsi və ötən həftə də gördüyümüz siyasi məhbusları azad etmək öhdəliyi sübut edir", - Ağ Evin sözçüsü bildirib.

"Əla səviyyədə əməkdaşlıq görürük və Prezident bunun davam edəcəyini gözləyir", - o vurğulayıb.

Bu arada, Amerika mediasının məlumatına görə, Tramp yanvarın 15-də müxalifətçi, Venesuela parlamentinin keçmiş üzvü Mariya Korina Maçado ilə görüşəcək. Vaşinqton administrasiyasının rəhbəri daha əvvəl Maçadonu 13 və ya 14 yanvarda Vaşinqtonda qəbul edəcəyini açıqlayıb. Tramp həmçinin Maçadonun Venesuela yeni hökumətinin tərkibində ola biləcəyini də güman edir.

Xəbər lenti