IMG-LOGO

Suriya SDQ-nin genişlənməsinə cavab olaraq Hələbə əlavə qüvvələr göndərib

12 Jan 2026 22:43 5 baxış
IMG

Suriya ordusu "Suriya Demokratik Qüvvələri"nin (SDQ) fəaliyyətini genişləndirməsinə cavab olaraq Hələbin şərq rayonlarına əlavə qüvvələr göndərib.

"Report" xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Qeyd olunur ki, qərar yeni silahlı birləşmələrin gəlməsindən sonra qəbul edilib. Bundan əlavə, Hələbin şərq rayonunda, Maskana və Deyr-Hafer yaxınlığında, devrilmiş rejimin silahlı tərəfdarları "SDQ" qüvvələri ilə birgə fəaliyyət göstərirlər.

Xəbər lenti