IMG-LOGO

Ali Rada Zelenskinin Vasiliy Malyuku vəzifəsindən azad etməsi ilə bağlı təqdimatını dəstəkləməyib

12 Jan 2026 19:07 5 baxış
IMG

Ukrayna Ali Radasının Müdafiə, Təhlükəsizlik və Kəşfiyyat komitəsi Prezident Volodimir Zelenskinin ölkənin Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Vasiliy Malyuku vəzifəsindən azad etməsi ilə bağlı təqdimatını dəstəkləməyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, komitənin yanvarın 12-də baş tutan iclasında təqdimat müzakirəyə çıxarılıb və deputatlar tərəfindən dəstəklənməyib.

Bununla da məsələ plenar iclasa da tövsiyə olunmayıb.

Qeyd edək ki, Volodimir Zelenski apardığı kadr dəyişiklikləri çərçivəsində, yanvarın 8-də Vasiliy Malyuku vəzifəsindən azad edilməsi ilə bağlı parlamentə təqdimat ünvanlayıb. Vasiliy Malyuk həm də Ukrayna Qəhrəmanı adını daşıyır.

Xəbər lenti