IMG-LOGO

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti matçlar keçirilib

12 Jan 2026 19:17 5 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

"Report" xəbər verir ki, qadınların yarışında iki təxirə salınan görüş baş tutub.

VII turdan təxirə salınan matçda "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i 3:0 (25:18, 25:14, 25:12), II turdan təxirə salınan qarşılaşmada isə UNEC öz meydanında "Abşeron"u 3:0 (25:15, 18:15, 25:14) hesabı ilə məğlub edib.

Kişi voleybolçuların birinciliyində isə IX tura start verilib. Fövqəladə Hallar Nazirliyinin idman zalında "Ordu" ilə qarşılaşan "Azərreyl" 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzub.

Xəbər lenti