IMG-LOGO

Meksika və ABŞ prezidentləri narkotik qaçaqmalçılığına qarşı mübarizəni müzakirə ediblər

12 Jan 2026 19:22 5 baxış
IMG

Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı həmkarı Donald Tramp ilə məhsuldar telefon danışığı apardığını bildirib.

"Report"un məlumatına görə, o, bu barədə "X"də yazıb.

"ABŞ Prezidenti Donald Tramp ilə çox yaxşı söhbətimiz oldu. Müxtəlif mövzuları, o cümlədən suverenliyimizə hörmətlə yanaşmaqla təhlükəsizlik məsələlərini, narkotik qaçaqmalçılığının azaldılmasını, ticarət və investisiyaları müzakirə etdik. Qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət həmişə nəticə verir", – paylaşımda qeyd olunub.

Xəbər lenti