Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb.
Tərəflər USTDA ilə əməkdaşlıq çərçivəsində reallaşa biləcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) perspektivi və qarşılıqlı maraq doğuran digər əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

