IMG-LOGO

Avropada intiharın qarşısını almaq yolu tapıldı - "Qrelka" ilə

12 Jan 2026 18:03 3 baxış
IMG
1 0

Estoniya hakimiyyəti yeniyetmələri intihardan qorumaq məqsədilə xüsusi psixoloji dəstlərin hazırlanmasına qərar verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Estoniyanın Sosial sığorta departamentinin müşaviri Ksenia Repson‑Deforj bildirib ki, qurum yeniyetmələr üçün intihar düşüncələrinin azalmasına kömək edəcək xüsusi dəst hazırlayıb. Nümunə dəstin tərkibinə rəngləmə kitabları, flomasterlər, rubik kubu, ətirli şam, antistress topu, isitmə yastığı (qrelka), qızıl medal, çeynəmə konfetləri və digər əşyalar daxildir.

Departament nümayəndəsinin sözlərinə görə, bu dəst 10–19 yaş arası şəxslər üçün nəzərdə tutulub. Onun fikrincə, dəstdəki əşyalar diqqəti yayındırmağa, narahatlıq və təşviş hisslərini azaltmağa kömək edə bilər.

intihar

Xəbər lenti