IMG-LOGO

Rusiya Müdafiə Nazirliyi "Oreşnik" zərbəsi ilə Lvov təyyarə zavodunu sıradan çıxardığını bildirib

12 Jan 2026 18:04 5 baxış
IMG

Rusiya hərbçiləri yanvarın 9-na keçən gecə "Oreşnik" kompleksinin tətbiqi ilə həyata keçirilən kütləvi zərbə nəticəsində Ukraynada Lvov dövlət aviasiya-təmir zavodunu sıradan çıxardığını bildiriblər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu müəssisədə Ukrayna Silahlı Qüvvələrinin aviasiya texnikasının, o cümlədən Qərb ölkələri tərəfindən verilmiş F-16 və MiQ-29 təyyarələrinin təmiri və texniki xidməti həyata keçirilirdi. Həmçinin, müəssisədə Rusiya ərazisinin dərinliklərindəki mülki obyektlərə zərbələr üçün istifadə olunan uzun və orta mənzilli zərbə PUA-ları istehsal edilirdi", - hərbi idarədən bildirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Oreşnik" zərbəsi nəticəsində istehsal sexləri, hazır məhsulların (PUA-ların) saxlandığı anbarlar, həmçinin, zavod aerodromunun infrastrukturu zədələnib.

Xəbər lenti