Kiprin Prezidentinin baş köməkçisi və ofisinin rəhbəri Xaralambos Xaralambus korrupsiya qalmaqalı fonunda istefa verib.
"Report" xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, son günlərdə Kipr Prezidenti Nikos Xristodulidisin nüfuzuna xələl gətirmək, hökuməti gözdən salmaq və ölkənin imicini zədələmək cəhdləri artdığı üçün istefa verib.