IMG-LOGO

AYNA: İrandakı vəziyyət Bakıdan Naxçıvana sərnişin daşımaqda çətinlik yaratmır - EKSKLÜZİV

12 Jan 2026 17:00 5 baxış
IMG

İranda baş verən son hadisələr fonunda Bakıdan bu ölkənin ərazisi ilə Naxçıvan Muxtar Respublikasında sərnişin daşınmasında heç bir çətinlik yaranmır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bundan başqa, məlumata görə, mövcud vəziyyət iki ölkə arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə beynəlxalq yük daşımalarının həyata keçirilməsində də heç bir çətinliyə səbəb olmur.

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" İctimai Birliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycandan İrana yük daşımalarında heç bir problem yoxdur və üzv daşıyıcılardan bununla bağlı heç bir müraciət daxil olmayıb: "İran istiqamətdə yük daşımaları adi qaydada həyata keçirilir".

Xəbər lenti