IMG-LOGO

Azərbaycanda növbəti 4 ildə tullantı su istifadəsi 50 %-ə çatdırılacaq

12 Jan 2026 15:59 4 baxış
IMG

2029-cu ilə qədər Azərbaycanda pilot ərazilərdə və sənaye sektorunda tullantı su istifadəsinin 50 %-ə çatdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, proqram çərçivəsində ilkin olaraq 2 pilot ərazidə tullantı su istifadısi təşkil ediləcək, daha sonra bunun 5 pilot ərazidə təşkili planlaşdırılır. İşlərin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Bu işlərin 2026-2029-cu illəri əhatə etməsi gözlənilir.

Xəbər lenti