Azərbaycanın olimpiya mükafatçısı olan yunan-Roma güləşçisi Giorgi Meşvildişvili (125 kq) Azərbaycan çempionatında zədələndiyi üçün tibbi müayinədən keçəcək.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
33 yaşlı idmançı tibbi müayinədən keçəcək. Daha sonra onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, Giorgi Meşvildişvili zədələndiyi üçün Azərbaycan çempionatında Yusif Dursunov ilə final görüşünə çıxmayıb. O, Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.