IMG-LOGO

Azərbaycan millisinin yeni üzvləri üçün maarifləndirici seminar keçirilib

12 Jan 2026 14:49 3 baxış
IMG

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin yeni üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Seminar ACF-nin tədris proqramı çərçivəsində təşkil olunub və gənc cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.

Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəkisalmanın performansa mənfi təsirləri vurğulanıb.

Xəbər lenti