IMG-LOGO

Ukrayna rəsmi olaraq Aİ-nin Vahid Rouminq Məkanına qoşulur

12 Jan 2026 14:53 3 baxış
IMG

Ukrayna rəsmi olaraq Avropa İttifaqının (Aİ) Vahid Rouminq Məkanına qoşulur.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Ukraynadakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə yanvarın 12-də Kiyevdə tədbir keçirilib. Beləliklə, Ukrayna üçün yeni rouminq rejimi Aİ-yə üzv dövlətlərlə eyni şərtlər daxilində olacaq.

Məlumata görə, eyni qaydalar Aİ ölkələrindən Ukraynaya səfər edən abunəçilərə də şamil olunur.

Xəbər lenti