IMG-LOGO

Azərbaycana qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

12 Jan 2026 12:56 6 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd "PAMP" markalı qızıl külçələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti