"Lənkəran" 24 yaşlı kanadalı basketbolçusu Ankit Çoudhari ilə yolları ayırıb.
"Report"un bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, o, karyerasını Sloveniya Superliqasında davam etdirəcək.
A.Çoudhari "Roqaska" klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, "Lənkəran" daha əvvəl qabonlu legioneri Antoni Tseqakele ilə də vidalaşıb.