IMG-LOGO

Bakıda lift qırıldı, 4 nəfər... - YENİLƏNİB

16.01.2024 21:16 102 baxış
IMG

16.01.2024-cü il tarixində saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

Saat 20:48

Bakıda yaşayış binasında lift qırılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd nəfər xəsarət alıb.

Xəbər lenti