Rusiyanın Gelencik şəhəri yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.
"İlkin məlumata görə, Arxipo-Osipovka kəndində PUA qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar arasında uşaqlar da var", - o qeyd edib.
Mənbə: report.az