IMG-LOGO

Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinin təbliği ilə bağlı yeni layihəyə başlanılır

05 Feb 2026 16:30 3 baxış
IMG

Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Mirzə Qədim irsinin işığını paylaşaq" adlı layihənin icrasına başlanılır.

Bunu "Report"a açıqlamasında "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri, tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı deyib.

O qeyd edib ki, Qərbi Azərbaycanın dahi sənətkarı Mirzə Qədim İrəvaninin yaradıcılıq irsini müasir metodlarla təbliğ etməyi hədəfləyən layihə üç əsas mərhələdən ibarət olacaq:

"İlk mərhələdə Bakı şəhərində yerləşən orta təhsil müəssisələrindən birində onun irsinin tanıdılması məqsədilə maarifləndirici konfrans təşkil olunacaq. Eyni zamanda, Qərbi Azərbaycanın mədəni irsinin xarakterik elementlərini tərənnüm edən dekorativ-tətbiqi sənət nümunələrindən ibarət xüsusi sərgi nümayiş etdiriləcək. Daha sonra ali təhsil ocaqlarının birində Mirzə Qədim irsinin qorunmasında və bərpasında innovativ texnologiyaların tətbiqi mövzusunda mühazirə oxunacaq. Tələbə və gənc mütəxəssislər üçün Qərbi Azərbaycanın mədəni kodlarını təbliğ edən sənət nümunələrinin təqdimatı keçiriləcək"

L.Sərdarlı vurğulayıb ki, üç ay davam edəcək yaradıcılıq prosesi çərçivəsində sənətkarın üslubunu əks etdirən 5 ədəd tam yeni dekorativ-tətbiqi sənət nümunəsi hazırlanacaq. Həmçinin, Azərbaycanın tanınmış mədəniyyət ocaqlarından birində təqdim ediləcək.

Xəbər lenti