IMG-LOGO

İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb

03 Aug 2026 11:26 6 baxış
IMG

İtaliyada Latsio və Umbriya sərhədindəki Terni-Rieti avtomobil yolunda baş verən ağır avtoqəza nəticəsində 6 nəfər ölüb, 34 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Rai News" məlumat yayıb.

Məlumata görə, avtobus əks istiqamətdə hərəkət edən furqonla toqquşub. Üç minik avtomobili isə toqquşmadan yayına bilməyib və onlardan biri aşıb.

Ölənlərdən 4-ü avtobusda olub. Daha 2 nəfər isə furqonda olub - onlar Terni ətrafındakı ekskursiyadan qayıdan turistlər idi. Yaralılar xəstəxanalara yerləşdirilib.

Mənbə: report.az

Xəbər lenti