IMG-LOGO

Seymur Məmmədov: "Çempionlar Liqasının qrupunda qalmaq "Zirə" üçün yaxşı nəticə sayılmaz"

03 Aug 2026 11:44 6 baxış
IMG

"Zirə" minifutbol komandası üçün Çempionlar Liqasının qrupunda qalmaq yaxşı nəticə sayılmaz.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Seymur Məmmədov deyib.

Mütəxəssis turnirə hazırlıq prosesinin növbəti həftədən başlayacağını diqqətə çatdırıb:

"Hazırlığa gələn həftədən başlayacağıq. Heyətdə yəqin ki, dəyişikliklər olacaq. Bəzi futbolçularla danışıqlar aparırıq".

O, Çempionlar Liqası ilə bağlı hədəfləri açıqlayıb:

"Hər bir yarışa yalnız çempionluq üçün çıxırıq. Bu il də hədəfimiz eynidir. "Zirə"nin adı zatən birincilik uğrunda oynamaq deməkdir. Ölkə çempionu olub, Çempionlar Liqasında qrupda qalmaq bizim üçün yaxşı nəticə sayılmaz".

Qeyd edək ki, "Zirə" daha əvvəl bir dəfə Çempionlar Liqasında 3-cü yeri tutub.

Mənbə: report.az

Xəbər lenti