IMG-LOGO

"Nyukasl" Çexiya millisinin qapıçısı Lukaş Horniçekin transferini açıqlayıb

03 Aug 2026 12:50 7 baxış
IMG

İngiltərə təmsilçisi "Nyukasl" Portuqaliyanın "Braqa" klubunun və Çexiya millisinin qapıçısı Lukaş Horniçekin transferini açıqlayıb.

"Report" xəbər verir ki, 24 yaşlı qolkiperlə 2031-ci ilədək müqavilə imzalanıb.

Xarici medianın məlumatına görə, "sağsağanlar" futbolçunun "Braqa" ilə müqaviləsində nəzərdə tutulan 25,7 milyon funt sterlinq məbləğində təzminatı ödəyib.

Qeyd edək ki, Lukaş Horniçek Çexiya yığmasının 2026-cı il dünya çempionatında keçirdiyi hər üç matçı ehtiyat oyunçular skamyasından izləyib. Ötən mövsüm o, bütün turnirlərdə "Braqa"nın heyətində 55 matçda 51 qol buraxıb, 24 görüşdə qapısını toxunulmaz saxlayıb.

Mənbə: report.az

Xəbər lenti