IMG-LOGO

Seutada ölən qanunsuz miqrantların sayı 88-ə yüksəlib

03 Aug 2026 12:10 4 baxış
IMG

Mərakeşdən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edərkən ölən miqrantların sayı 88-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən bildirib.

Bildirilib ki, əksər hallarda ölümün səbəbi suda boğulmadır.

Yerli hakimiyyət orqanları 200 yerlik müvəqqəti morq yaradıblar və meyitlər buraya gətirilir.

Dövlət təhlükəsizlik qüvvələrinin məlumatına görə, təxminən 73 500 miqrant Seutanı tərk edib.

Mənbə: report.az

Xəbər lenti