IMG-LOGO

Azərbaycanda ötən ay 32 nəfəri gün vurub

03 Aug 2026 12:02 4 baxış
IMG

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 12 nəfər hospitalizasiya edilib, 17-sinə yerində tibbi yardım göstərilib, 3-ü isə hospitalizasiyadan imtina edib.

Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.

Mənbə: report.az

Xəbər lenti