IMG-LOGO

Qəzaya düşən azərbaycanlı yanğınsöndürəni döydü

16 Jan 2024 13:27 100 baxış
IMG

Yekaterinburqda miqrant yol-nəqliyyat münaqişəsi zamanı yanğınsöndürənni vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Titov küçəsində baş verib. Məlumata görə, yolda qəza baş verib, bundan sonra bir qrup kişi qəzanın ikinci iştirakçısına qarşı aqressivlik nümayiş etdirməyə başlayıb.

Bu zaman yoldan keçən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sürücülərdən biri olan qızın müdafiəsinə qalxıblar. Nəticədə qarşı tərəfdən bir nəfər yanğınsöndürəni vurub.

Daha sonra zərərçəkən İstintaq Komitəsinə müraciət edib. Şübhəli qısa müddətdə saxlanılıb. Məlum olub ki, o, əslən azərbaycanlıdır və Rusiyada qanunsuz yaşayır.

Miqranta qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti