IMG-LOGO

13 yaşlı şagirdi ilə intim mövzularda yazışan müəllim saxlanıldı

16 Jan 2024 13:58 128 baxış
IMG

Moskvada tarix müəllimi 13 yaşlı qızla intim mövzularda danışdığı üçün saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müəllim yeniyetmə ilə intim mövzularda yazışıb. Altıncı sinif şagirdinin anası övladının müəllim tərəfindən cinsi istismara məruz qaldığını iddia edir.

Onların yazışması isə təsadüfən açılıb. Belə ki, qızın anası yeniyetmənin telefonunu yoxlamaq qərarına gəlib və müəllimlə intim yazışma görüb.

Mənbə: lent.az

Xəbər lenti