IMG-LOGO

Şəmkirdə eyni qəsəbədə 2 evdə yanğın söndürüldü-YENİLƏNİB

16 Jan 2024 08:08 98 baxış
IMG

Şəmkirdə eyni qəsəbədə iki evdə baş verən yanğının təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bitişik evlərdə yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə yanğın başlayıb. 

Partlayış zamanı 1946-ci il təvəllüldlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yanğınsöndürənlər alovu söndürüb. Fakt araşdırılır.

***

05.36

Şəmkirdə eyni ərazidə iki ev yanır. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hər 2 hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə iki ayrı şəxsə məxsus evlərdə anidən yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğınların söndürülməsi istiqamətində iş gedir.

Xəbər lenti