Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb.
Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki, Nizami rayonunda da 20 yaşlı qız 20-ci mərtəbədən yıxılaraq ölüb.
HadisələrMənbə: lent.az