"Birbaşa Bakı" minifutbol komandası Çexiya millisinin üzvü Daniel Klimanı transfer edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.
Futbolçu yeni komandasına qoşulmaq üçün artıq Bakıdadır.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq klub daha əvvəl Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımovu da heyətinə qatıb.
Mənbə: report.az