"Birbaşa Bakı" minifutbol komandası Çempionlar Liqasında hər matçı qazanmaq üçün mübarizə aparacaq.
Bunu "Report"a açıqlamasında kollektivin baş məşqçisi Marius Mitu deyib.
Rumıniyalı mütəxəssis komandanın Çempionlar Liqasına hazırlıq planı və hədəfləri barədə danışıb:
"Turnirə hazırlaşmaq üçün 6 həftə vaxtımız var. Gələn həftədən hazırlığa yüngül tempdə başlayacağıq. Məqsədimiz hər oyunda sabit və keyfiyyətli futbol nümayiş etdirməkdir. Hər matçı qazanmaq üçün mübarizə aparmağa və mümkün qədər çox qələbə qazanmağa çalışacağıq".
Baş məşqçi heyətdə və taktikada yeniliklərin ola biləcəyini qeyd edib:
"Oyun üslubunda bəzi dəyişikliklər həyata keçirməyə çalışacağıq. Heyətə də bir neçə yeni oyunçu cəlb etmək niyyətindəyik".
Qeyd edək ki, "Birbaşa Bakı" cari mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.
Mənbə: report.az