IMG-LOGO

Cəlilabada yağan güclü qar çiyələk təsərrüfatlarına ziyan vurub 

15 Jan 2024 22:14 216 baxış
IMG

Cəlilabad rayonunda yağan güclü qar çiyələk təsərrüfatlarına müəyyən ziyanlar vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, əksər təsərrüfatlarda örtük altında becərilən sahələr qar altında qalıb.

Nəticədə güclü qarın ağırlığına tap gətirməyən dəmir armaturlar əyilib.

Sıradan çıxan örtüklər qısa müddət ərzində yenidən qurulmazsa, yetişmə ərəfəsində olan məhsul tamamilə məhv ola bilər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti