Sumqayıtda küçədən kişi meyiti tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 18-ci mikrorayonda yol kənarında qeydə alınıb.
1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyitini yoldan keçən sakinlər aşkar edərək, aidiyyatlı qurumları məlumatlandırıb.
Ölümün səbəbləri bilinmir, fakt araşdırılır.
Mənbə: lent.az