IMG-LOGO

Şirvanda avtomobil aşdı, sürücü öldü - YENİLƏNİB

15 Jan 2024 20:49 61 baxış
IMG

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirlityi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. Nəticədə o hadisə yerinə həyatını itirib. Araşdırma aparılır.  

***

20.20

Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, “Volkswagen Touareg” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobil yanıb və sürücü hadisə yerində həlak olub.

Mənbə: lent.az

Xəbər lenti