2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6 263 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Report"un yerli bürosuna verilən məlumata görə, bunların 90,7 %-i fiziki, 9,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.
2022-ci illə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 8,5 dəfə artıb.
2023-cü il ərzində kommersiya qurumlarının 66 %-i elektron qaydada, 34 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Bizim Telegram kanalımıza abunə olun