IMG-LOGO

Günəş işığı kişilərdə depressiya riskini azaldır

05 Jan 2026 04:22 55 baxış
IMG
0 0

Günəş işığına üstünlük verən və daha çox açıq havada vaxt keçirən kişilərdə depressiya və yuxu pozğunluğu simptomları daha az müşahidə olunur.

Lent.az xəbər verir ki, bu qənaətə amerikalı tədqiqatçılar 2009–2020-ci illər üzrə ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatlarını təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri PLOS ONE jurnalında dərc olunub.

Tədqiqat zamanı 20–59 yaş arası 7 306 kişinin məlumatları analiz edilib. Nəticələr göstərib ki, günəş işığına daha çox məruz qalan iştirakçılarda depressiv simptomlar və yuxu problemləri daha nadir hallarda qeydə alınıb.

günəş işığı

Mənbə: lent.az

Xəbər lenti