IMG-LOGO

Yasamalda evdə partlayış zamanı yaralanan ər-arvad öldü

10 Jul 2026 17:51 3 baxış
IMG
1 0

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Lent.az-a TƏBİB-dən bildirilib ki, aparılan reansimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 42 yaşlı Pərvin İsrafilov və onun həyat yoldaşı 36 yaşlı Arzu İsrafilova xəstəxanada vəfat ediblər.

Qeyd edək ki, iyulun 4-ü ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti