Apple şirkəti “iPhone” istifadəçilərinə itmiş smartfonu tapmaq üçün “Apple Watch”, “iCloud”, Siri və “Google Maps” kimi 4 fərqli yöntəm təqdim edir.
Lent.az sizə həmin yöntəmləri təqdim edir:
“Apple Watch”: Saat vasitəsilə telefona siqnal göndərərək onun səs çıxarmasını təmin edə və yaxın məsafədə asanlıqla tapa bilərsiniz.
“iCloud”: “Apple ID” ilə “iCloud”a daxil olub “Cihazı tap” funksiyası vasitəsilə telefonun xəritədə təxmini yerini görmək və səsi aktiv etmək mümkündür.
Siri: Siri aktivdirsə, ona səslənərək telefonun cavab verməsini və yerini bildirməsini təmin edə bilərsiniz.
“Google Maps Timeline”: Əgər “iPhone”da “Google Maps” istifadə etmisinizsə və “Location History” (məkan tarixçəsi) aktiv olubsa, “Google” hesabınıza daxil olaraq telefonun son olduğu yerləri xəritədə görə bilərsiniz.
Bu, telefon hazırda bağlı olmasa belə, son hərəkət etdiyi və ya son aktiv olduğu məkanı müəyyən etməyə kömək edir.
Bu üsullar itmiş və ya oğurlandığından şübhələndiyiniz “iPhone”un yerini müəyyən etməyə kömək edir.
iPhone Apple