IMG-LOGO

Dünya çempionatında penaltilərin qaytarılması üzrə rekordu təkrarladı

10 Jul 2026 19:59 3 baxış
IMG
1 0

Mərakeş millisinin qapıçısı Yassin Bunu Dünya çempionatının dörddəbir finalında Kilian Mbappenin penalti zərbəsini dəf edib. Oyundan sonrakı penalti zərbələri də daxil olmaqla, Dünya çempionatında doqquz penaltidən yalnız ikisini qaçırıb.

Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, oyundan sonrakı seriyaları nəzərə alaraq, mundiallarda doqquz 11 metrlik vuruşdan yalnız ikisini qaçırdı.

Bostonda keçirilən oyunun 28-ci dəqiqəsində Mərakeş qapıçısı penaltidən zərbəni dəf edərək turnirin ən çox qol vuran oyunçularından birinin qol vurmasına mane olub.

Bu seyv Bunu üçün Dünya çempionatında oyun sonrası seriyaları da nəzərə alaraq dəf etdiyi dördüncü penalti zərbədir. Harald Şumaxer (Qərbi Almaniya), Serxio Qoykoçea (Argentina), İker Kasilyas (İspaniya) və iki xorvat qapıçısı Daniel Subaşiç və Dominik Livakoviç eyni sayda seyv ediblər.

Bunun Dünya çempionatı statistikası təsirlidir: doqquz penaltidən yalnız ikisini qaçırıb, dördünü dəf edib və üçü qapıdan aralıdan vurulub.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti