IMG-LOGO

"Barselona" səs-küylü transferə yaxındır: "Dortmund"un oyunçusu artıq seçimini edib

10 Jul 2026 18:50 3 baxış
IMG
0 0

Kərim Adeyemi kataloniyalılarla şəxsi müqavilə imzalayıb və Dortmund klubundan ayrılmaq istəyir.

"Barselona" "Borussiya"nın qanad oyunçusu Kərim Adeyemi ilə müqavilə imzalamaq üçün böyük bir addım atıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, tərəflər artıq onun şəxsi müqaviləsinin şərtləri barədə razılığa gəliblər və klublar arasında danışıqlar davam edir.

Məlumata görə, 24 yaşlı alman futbolçu karyerasını yalnız "Barselona"da davam etdirmək istədiyini "Borussiya" rəhbərliyinə bildirib. Adeyemi'nin Dortmund klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir, lakin onun müqaviləni uzatmaq niyyəti yoxdur.

Həmçinin bildirilir ki, Kataloniya klubu artıq oyunçu üçün rəsmi transfer təklifi təqdim edib və müqaviləni bu yay transfer pəncərəsi ərzində başa çatdırmağı planlaşdırır.

Kərim Adeyemi ötən mövsüm klubda 39 oyun keçirib, 10 qol vurub və altı məhsuldar ötürmə edib. 

"Transfermarkt"ın məlumatına görə, alman cinah oyunçusunun transfer dəyəri 40 milyon avrodur.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti