IMG-LOGO

İsrail Ordusu Livanda "Hizbullah"ın üzvünü zərərsizləşdirib

05 Jan 2026 03:52 49 baxış
IMG

İsrail Ordusu Livanın Bint Cubeyl qəsəbəsində "Hizbullah"ın bir üzvünü zərərsizləşdirib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Livanın cənubunda "Hizbullah"ın üzvünə hücum təşkil edilib. Əməliyyatın təfərrüatları açıqlanmır.

"Hizbullah" İsrail Ordusunun hücumu ilə bağlı şərh verməyib.

Xatırladaq ki, daha əvvəl İsrail mətbuatı Livan hökuməti və ordusunun "Hizbullah"ın 2025-ci ilin sonuna qədər "silahsızlaşdırma" öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İsrail ordusunun hərəkatın mövqelərinə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını bildirib.

Mənbə: report.az

Xəbər lenti