IMG-LOGO

Fransa İsveçdə yanğın zamanı doqquz vətəndaşının öldüyünü təsdiqləyib

05 Jan 2026 00:51 47 baxış
IMG

İsveçrənin Krans-Montana kurortundakı barda baş verən yanğının 40 qurbanı arasında Fransanın doqquz vətəndaşı da var.

"Report"un məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Paskal Konfavre LCI televiziyasında açıqlamasında bildirib.

"Qurbanlardan doqquzunun fransız olduğu müəyyən edilib. Artıq itkin düşmüş (Fransa vətəndaşı) yoxdur, onların hamısı qurbanlar arasında müəyyənləşdirilib", - o bildirib.

Yaralılara gəldikdə isə, son məlumatlara görə, onlar arasında Fransanın 23 vətəndaşı var.

Mənbə: report.az

Xəbər lenti